Vergilər Nazirliyi ali məktəblərlə əməkdaşlıq haqqında saziş imzalayıb

Vergilər Nazirliyi ali məktəblərlə əməkdaşlıq haqqında saziş imzalayıb backend

Vergilər Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə əməkdaşlıq haqqında ikitərəfli saziş imzalayıb. QAZİLER.AZ saytı Trend-ə istinadən verdiyi məlumatına görə, imzalanma Şamaxıda keçirilən "Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu" mövzusunda elmi-praktik konfransı çərçicəsində baş tutub.


Nazirlik tərəfindən sazişi nazirin beynəlxalq münasibətlər, vergi ödəyicilərinə xidmət və tədris sahələri üzrə müşaviri Ələkbər Məmmədov imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası adından sazişi tədris işləri üzrə prorektor Əlikram Abdullayev, ADİU tərəfindən isə iqtisadi məsələlər üzrə prorektor Mikayıl Zeynalov imzalayıb.
Diaspora