Tanınmış jurnalist, “Real TV”-nin müxbiri Ləman Ələşrəfqızı deputatlığa namizəd olub.
Qaziler.az xəbər verir ki, o bu barədə öz Facebook səhifəsində yazıb.48 yaşlı jurnalist 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizəd olacaq. O, təşəbbüsün anadan olduğu Oğuz rayonunu sakinlərindən gəldiyi bildirib.
“Əziz facebook dostlarım, əziz millətim. Milli Məclisə 09.02. 2020-ci ildə keçiriləcək seçkilərə 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizədliyimi irəli sürdüm. Təşəbbüs isə özümdən də çox həmyerlilərimdən gəlib. Mən onların təşəbbüsünü dəyərləndirir, hər birinə təşəkkür edir və özümə UĞURLAR arzulayıram. Əminəm ki, siz də arzulayarsız.) Mənə səs versəniz, mİllətimə və dövlətimə layiq deputat olacağıma söz verirəm. Hər birinizə təşəkkürlər!”-deyə o yazıb.
Xatırladaq ki, hazırda Milli Məclisdə 117 saylı Oğuz-Qəbələ seçki dairəsini YAP-nın üzvü Aqiyə Naxçıvanlı təmsil edir.