Azərbaycan Əl-Cəzirədə

Azərbaycan Əl-Cəzirədə backend

Əl Cəzirə Media Şəbəkəsinin Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birgə hazırladığı Azərbaycana həsr edilmiş sənədli filmlərin Əl Cəzirə “Musafir” proqramında yayımını davam etdirir.

Qaziler.az realtv.az-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunda keçirilən tədbirdə məlumat verilib. Qeyd olunub ki, filmlər Azərbaycanın zəngin tarixi, mədəniyyəti, əsrarəngiz təbiəti, qədim ənənələri, yaşam tərzini, turizm potensialını çoxmilyonluq ərəb dünyasına çatdırmaq məqsədi daşıyır. Hər birisi 25 dəqiqədən ibarət olan 5 film Bakı və Naxçıvan şəhərləri daxil olmaqla Azərbaycanın əksər regionlarını əhatə edir.

Bu layihənin meydana gəlməsində Əl Cəzirə Media Şəbəkəsinin baş direktoru Mustafa Suag, əməkdaşları İbrahim Hamdan və Sami Əl Haccın xidmətlərini xüsusi qeyd etmək istərdim”- deyə Umud Mirzəyev bildirib.

İyunun 20-dən iyulun 12-dək Azərbaycanda səfərdə olan Əl-Cəzirə “Musafir” proqramının peşəkar çəkiliş heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşlarının yardımı və texniki dəstəyi ilə ölkəmizin gəzməli, görməli yerlərini, milli mətbəxini, tarixi irsini, folklorunu, musiqisini lentə alıb.

Artıq Bakı ilə bağlı ilk film Ərəb dünyasına təqdim edilib. Filmlər noyabrın 26-dan başlayaraq hər şənbə günündən ardıcıl olaraq Əl Cəzirə “Musafir” proqramı vasitəsilə hər gün göstərilməklə bütün beş həftə boyu nümayiş etdirilir.

Artıq filmlərin 4 bölümü yayımlanıb və sosial şəbəkələrdə paylaşılaraq böyük marağa səbəb olub.

Filmin Naxçıvanla bağlı növbəti bölümü dekabrın 21-də nümayiş etdiriləcək.