Kür çayının aşağı axınında suyun səviyyəsi artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 5-də Kür çayının Surra məntəqələrində 8, Şirvanda 22, Salyanda 40, Bankədə 5 sm artım, Araz çayının Novruzlu məntəqəsində isə 8 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 365 sm (2014-cü il iyunun 5-də 324 sm), Şirvanda 203 sm (2014-cü il iyunun 5-də 179 sm), Salyanda 120 sm (2014-cü il iyunun 5-də 110 sm), Bankədə 183 sm (2014-cü il iyunun 5-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 140 sm (2014-cü il iyunun 5-də 60 sm) təşkil edir.Kür çayının aşağı axınında suyun səviyyəsi artıb

