İçərişəhərə iki gün maşın buraxılmayacaq

İçərişəhərə iki gün maşın buraxılmayacaq backend

"Bakı-2015" məşəlinin İçərişəhərdə səyahəti ilə əlaqədar iyunun 8-9-da İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

APA TV-nin xəbərinə görə, iyunun 9-da məşəl Bakı şəhərindəki bir sıra tarixi binalara aparıldıqdan sonra UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilmiş qədim İçərişəhərə gətiriləcək.

"Bakı-2015" məşəlinin İçərişəhərdə səyahəti 16:00-da Kiçik Qala küçəsi boyu yerləşən Qala Divarları yaxınlığında başlayacaq. Məşəl Kiçik Qala küçəsi boyu hərəkət edərək Qoşa Qala qapısı meydanına, daha sonra Qüllə küçəsi boyu hərəkətinə davam edərək Buxara və Multanı Karvansaralarının yaxınlığından keçməklə Qız Qalası meydanına çıxarılacaq.

Asəf Zeynallı küçəsi ilə hərəkətinə davam edəcək məşəl daha sonra Böyük Qala küçəsi ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, Məhəmməd məscidi kimi mühüm əhəmiyyətli məkanlardan, eləcə də İçərişəhərin bir sıra tarixi küçə və döngələrindən keçərək, saat 16:50-də Orta Əsrlər Şərq memarlığının incilərindən hesab olunan Şirvanşahlar Saray Kompleksinə çatacaq.

Tədbirlərin keçirildiyi müddət ərzində İçərişəhərə şəxsi avtomobillərin girişi qadağan olunacaq.



Diaspora