Xəstə şəhid oğlu vəfat etdi - Yaşada bilmədik

Xəstə şəhid oğlu vəfat etdi - Yaşada bilmədik backend

Şəhid Elman Mehdiyevin oğlu Elxan Mehdiyev bu gün vəfat edib.

Qaziler.az bildirir ki, Elxan Mehdiyev bronxlar və ciyərlərdən əziyyət çəkirdi.

Şəhid oğlu yaşadığı Tərtət rayonunun Təzəkənd kəndində torpağa tapşırılacaq.

Xatırladaq ki, şəhid oğlu Mehdiyev Elxan Elman oğlu 2004-cu ildə hərbi xidmətə yollandıqdan sonra vərəmə yoluxmuşdu. Əsgərliyi başa vurmasına 6 ay qalmış isə xidmətə yararsız hesab edilib. Həm sağlıq durumu, həm də ev şəraiti ağır vəziyyətdə olan E.Mehdiyev yalnız balon vasitəsi ilə nəfəs ala bilirdi.

Bundan xəbər tutan Birinci vitse-prezident Mehriban Əliyeva şəhid övladı ilə bağlı tapşırıq vermişdi. Onun tapşırığından dərhal sonra Tərtərin Təzəkənd kəndinə tibbi briqada və tikinti mütəxəssisləri göndərilmişdi. Kənddə şəhid ailəsi üçün yeni mənzilin inşa edilir.

Allah rəhmət eləsin!