“Azəriqaz” 11 ayda 340 binanı təbii qazla təmin edib

“Azəriqaz” 11 ayda 340 binanı təbii qazla təmin edib backend

Bu il dekabr ayının 1-nə olan məlumata görə, 340 yaşayış binası üzrə 22 094 mənzil təbii qazla təmin edilib.

Bu barədə Qaziler.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, noyabr ayında isə 80 yaşayış binası üzrə 4 990 mənzil təbii qazla təmin olunub.