Azərbaycanda gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 268 nəfər müraciət edib.
APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında çıxış edən MSK sədri Məzahir Pənahov deyib.O bildirib ki, növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən 71 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib: “29 nəfərə isə imza vərəqələri verilib”.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.