Yeni alınmış qatarların sınaqdan keçirilməsinə başlanılıb. Bakı Metropoliteni üçün yeni alınmış kondisionerli qatarlar xəttə buraxılıb. Lent.az-ın məlumatına görə, texniki innovasiyalar baxımından 4-cü nəslə mənsub olan qatarlar hazırda sınaqdan keçirilir. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, sınaq müddəti başa çatandan sonra qatarların tam istismarına başlanılacaq.
Qeyd edək ki, bu qatarlarda mükəmməl havalandırma sistemi quraşdırılıb. Vaqonların salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub.Bundan başqa, qatarlar kondisioner sistemləri ilə də təchiz olunub.
Yeni nəsil vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə vaqonlarda isə bu rəqəm 308 idi.