12-28 iyunda Bakıda keçiriləcək I Avropa Oyunları dünya idman tarixində yeni səhifə açacaq. QAZİLER.AZ saytı Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiyası Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov deyib.
Rusiya milli komandasının 1-ci qrupu iyunun 9-da Bakıya gələcək. A.Jukov qeyd edib ki, I Avropa Oyunlarında əksər idman növlərində, ilk növbədə isə Rioda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə verəcək növlərdə Rusiya tərəfindən dünyanın ən güclü idmançıları çıxış edəcək.Rusiya Federasiyası Olimpiya Komitəsinin prezidenti: “Bakıda keçiriləcək I Avropa Oyunları dünya idman tarixində yeni səhifə açacaq”

