Bakıda 54 yaşlı qadın intihara cəhd edib. Lent.az-ın məlumatına görə, 1961-ci il təvəllüdlü Mehdiyeva Şərqiyə Həmid qızı Nəsimi rayonu Sarabski küçəsi 59 ünvanında yerləşən "Varidat" hüquq şirkətinin inzibati binasının 5-ci mərtəbəsindən atıb. Pəncərədən yerə atılan qadının həyatını xilas etmək mümkün olub.
Qeyd edək ki intihara cəhd edən qadın Zəngilan rayonundan məcburi köçkündür.Faktla bağlı araşdırmalar aparılır.