Nazir həyəcan təbili çaldı: “Su resurslarımız 15% azalıb”

Nazir həyəcan təbili çaldı: “Su resurslarımız 15% azalıb” backend

“Hazırda Azərbaycanda kənd təsərrüfatı sahəsinda su çatışmazlığı müşahidə olunur”.

Modern.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev İqtisadi Əməkdaşlıq Təşkilatına üzr ölkələrin kənd təsərrüfatı nazirlərinin 6-cı iclasında deyib. Nazir bildirib ki, iqlim dəyişikliyi kontekstində dayanıqlı antropogen risklər var:

“Əminəm ki, bu tərəfdaşlıq ətraf-mühitin qorunmasına da təsirsiz ötüşməyəcək. Biz anomal hidrometeoroloji hadisələrə hazır olmalıyıq. Artıq bu səpkidə ölkəmizdə bir sıra çətinliklər müşahidə olunur. Kənd Təsərrüfatı məhsullarının yetişdirilməsi su tələb edir. Ölkəmizdə olan 70% çayların əksəriyyəti su mənbəyi hesab olunur. İqlim dəyişikliyinə əsasən su resurslarımız 15% azalıb və 2050-ci ilə kimi hələ 15% də azalması proqnozlaşdırılır. Hazırda Xəzərdə və çaylarda su səviyyəsinin azalması müşahidə olunur. Bir sözlə, ölkədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün su çatışmazlığı müşahidə olunur. Kənd təsərrüfatı nazirliyi ilə birgə fermerlərə dəstək üçün kənddən şəhərə layihəsi başlanılıb, arıçılığın inkişafı üçün nektar ağacları əkilib, bundan başqa, mütəmadi olaraq ağacəkmə kampaniyaları keçirilir. Biz müsbət həllərin axtarılmasına davam edəcəyik”.