Əlilliyi olan şəxslər arasında şahmat turniri keçirilib

Əlilliyi olan şəxslər arasında şahmat turniri keçirilib backend

3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar əlilliyi olan şəxslər arasında şahmat turniri təşkil edilib.

Qaziler.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin dəstəyi ilə təşkil olunan tədbir əlilliyi olan
şəxslərin bu idman növünə marağını artırmaq, bütövlükdə, həmin kateqoriyadan
olan şəxslərin idman yarışlarında iştirakını təşviq etməkdir.

Yarışda Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi və Gözdən Əlilliyi olan Şəxslərin Cəmiyyətinin  Dama və Şahmat  Federasiyasından ümumilikdə 16 nəfər iştirak edib. Onlardan 3-ü turnirin qalibi olub.

Qaliblərə fəxri fərmanlar və pul mükafatı, digər iştirakçılara isə simvolik mükafatlar təqdim edilib.