“Azərbaycan Dəmir Yolları”ndan I Avropa Oyunları açıqlaması

“Azərbaycan Dəmir Yolları”ndan I Avropa Oyunları açıqlaması backend

““Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti I Avropa Oyunlarına hazırlıq işlərini tam yekunlaşdırıb”. Bu sözləri Modern.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

O qeyd edib ki, iyunun 5-dən etibarən ikimərtəbəli qatarlar “Bakı-Sərnişin” stansiyasından “Koroğlu” stansiyasına qədər sərnişinlərin daşınmasını həyata keçiricək.

“Nəqliyyat nazirinin tapşırıqlarına əsasən, biz öz işlərimizi yekunlaşdırmışıq. Oyunlar ərəfəsində insanlarla ünsiyyət üçün ilk növbədə dili bilmək vacibdir. Buna görə də “Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişindaşıma departamenti bütün bələdçilərə, qatar rəislərinə, texniki işçilərə kurslar təşkil edib, onlar kursları bitiriblər və insanlar arasında ünsiyyət qura bilirlər. Stansiyalarda istiqamətverici lövhələr Azərbaycan və ingilis dillərində qeyd edilib, məlumat bürosu yaradılıb, miqrasiya xidməti artıq fəaliyyət göstərir.
Ümumiyyətlə, biz sərnişinləri qəbul edib və yola salmağa hazırıq” deyə N.Əzməmmədov vurğulayıb.
Diaspora