Fəzail Ağamalı xanım jurnalistə vəzifə verdi

Fəzail Ağamalı xanım jurnalistə vəzifə verdi backend

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı tanınmış jurnalist Jalə Mütəllimovanı partiya sədrinin müşaviri təyin edib.

Qaziler.az xəbər verir ki, bu barədə Jalə Mütəllimova özü məlumat yayıb.

Qeyd edək ki, Jalə Mütəllimova son olaraq APA TV-də redaktor kimi fəaliyyət göstərib. O, əvvəllər Az.TV və media orqanlarında çalışıb.