Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik təsərrüfatlara baxış keçirilib

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində  yaradılmış kiçik təsərrüfatlara baxış keçirilib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik təsərrüfatlara baxış keçiriblər.

Nazir proqram iştirakçıları ilə görüşündə özünüməşğulluq proqramının əsas məqsədinin işsiz və işaxtaran vətəndaşların kiçik ailə biznesinə yiyələnmələri olduğunu vurğulayıb. S.Babayev proqram əsasında aktivlərlə təmin edilmiş vətəndaşların bu dövlət dəstəyindən düzgün və səmərəli istifadə edərək, uğurlu nəticələrə nail olacaqlarına əminliyini ifadə edib.
Proqram iştirakçıları aztəminatlı ailələrə göstərilən bu böyük dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını bildirib, öz təsərrüfatlarını inkişaf etdirməyə çalışdıqlarını vurğulayıblar.
Kürdəmir rayonunda bu ilin ötən dövründə 140 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunub. Hazırda bu kateqoriyadan olan vətəndaşların proqrama cəlb edilməsi, həmçinin proqrama cəlb edilənlərin aktivlərlə təminatı prosesi davam edir.
Diaspora