Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) kolleclərə və V qrupa qəbulla bağlı müsabiqə şərtlərini açıqlayıb. QAZILER.AZ saytı xəbər verir ki, TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ümumi ( 9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bir fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə biləcək.
Tam (11-illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə biləcək.Qeyd edək ki, buraxılış imtahanında bir düz sual 1 balla hesablanır.