Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı məsələ növbəti iclasda müzakirəyə çıxarılacaq.
Bu barədə spiker Oqtay Əsədov məlumat verdi.O dedi ki, parlamentdə çoxluq təşkil edən YAP üzvləri parlamentin buraxılması ilə bağlı Prezidentə müraciətlə əlaqədar olaraq ona ediblər: “Bu barədə mənə müraciət ediblər, mən də bu məsələyə dəstək vermişəm. Ona görə də dekabrın 2-də bu məsələyə baxılacaq”.
Musavat.com