Milli Məclisin sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli müharibədə iştirak edən qadınların müdafiəsinə qalxıb.
Qaziler.az saytına açıqlamasında millət vəkili bunları deyib: “Qarabağda döyüşən, şəhid olan azərbaycanlı qadınlar bizim üçün çox dəyərli və qiymətlidir. Onlar bizim qürur mənbəyimizdir. Biz onlarla fəxr edirik”.Xatırladaq ki, sabiq millət vəkili Cümşüd Nuriyev AzTV-nin efirində Qarabağ savaşı zamanı döyüşən qadınları təhqir edib.