TQDK tərəfindən iyunun 2-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində (IX və XI siniflərdə) təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
QAZİLER.AZ xəbər verir ki, TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytından və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.İyunun 2-də keçirilən buraxılış imtahanlarının nəticələri açıqlandı

