Millət vəkili Q. Paşayeva MM-də 2020-ci ilin büdcə layihəsinin 2-ci oxunuş müzakirələri zamanı Qarabağ müharibəsi əlillərinin və Qarabağ Qaziləri İB-nin müraciətini səsləndirib və önəmli təkliflərlə çıxış edib.
Qaziler.az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva Milli Məclisdə 2020-ci ilin büdcə layihəsinin 2-ci oxunuş müzakirələrində çıxış edərək Qarabağ Qaziləri İctimai Birliyinin millət vəkillərinə, hökümət qurumlarına müraciətini səsləndirib, müvafiq qurumları bu müraciətə həssaslıq və diqqətlə yanaşmağa çağırıb.Ötən ildən ölkə Prezidenti İlham Əliyev cənablarının sərəncamına əsasən şəhid ailələrinə 11 min manat "qanpulu" - birdəfəlik ödəmələr verilməyə başladığı barədə danışan Q.Paşayeva 1997-ci ilə qədər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirib əlil olmuş Qarabağ əlillərinin - hərbi qulluqçuların da şəxsi icbari sığortasının ödənilməsi ilə bağlı "Qarabağ Qaziləri" İctimai Birliyinin təkliflərini, "Qarabağ Qaziləri" İctimai Birliyinin millət vəkilləri və hökümətə müraciətini səsləndirib.
Q.Paşayeva "Qarabağ Qaziləri" İctimai Birliyinin və bütün Qarabağ müharibəsi əlillərinin cənab prezidentimizin şəhid ailələrimizə, Qarabağ müharibəsi əlil və qazilərinə diqqət və həssaslığını, onların həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində atılan önəmli addımları yüksək qiymətləndirdiklərini deyərək Qarabağ müharibəsi əlillərinin yaxın zamanlarda bu məsələyə dövlət qurumlarımızın həssaslıqla yanaşacağına inandıqlarını deyib və müvafiq qurumları bu məsələyə yaxın günlərdə baxmağa çağırıb.
Millət vəkili Q.Paşayeva "Qarabağ qaziləri" İctimai Birliyinin hökümətə və millət vəkillərinə bu məsələ ilə bağlı müraciətinə yaxın zamanlarda baxılması və öz həllini tapması üçün dövlət qurumlarına çağırış edib.