“Vətən məndən başlanır” adlı layihəyə start verildi - FOTO

“Vətən məndən başlanır” adlı layihəyə start verildi - FOTO backend

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Vətən məndən başlanır” adlı sosial layihə start götürüb.

Oxu.Az xəbər verir ki, layihə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən irəli sürülüb.

Belə ki, layihə çərçivəsində ilk tədbir noyabr ayının 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbə və müəllim-professor heyəti ilə birgə keçirilib.

“Vətən məndən başlanır” adlı sosial layihə 2019-2020-ci tədris ili ərzində Bakıda və regionlarda yerləşən bir çox universitetlərdə həyata keçiriləcək.

Layihə çərçivəsində yerinə yetiriləcək fəaliyyətlərin əsas məqsədi xüsusilə gənclər arasında vətənpərvərlik və dövlətçilik ideologiyalarının “Vətən Məndən Başlayır” devizi altında təbliğ olunması, hər bir fərdə ümumi tərəqqi və dövlətçiliyimizin daimi olması naminə öz fəaliyyətlərində daha çalışqan, məqsədyönlü və əzmkar olmağı təşviq etməkdir.

Tədbirdə millət vəkilləri, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvləri, ictimaiyyət nümayəndələri, QHT rəhbərləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları, qazilər və KİV nümayəndələri iştirak ediblər.

Diaspora