TASS: Bakıda keçiriləcək Avropa Oyunlarının biletlərinə böyük tələbat var

TASS: Bakıda keçiriləcək Avropa Oyunlarının biletlərinə böyük tələbat var backend

Bakıda keçiriləcək I Avropa Oyunlarının biletlərinə böyük tələbat var, satışda çox az sayda bilet qalıb. QAZİLER.AZ saytı Trend-ə istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində Azərbaycanın Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin baş məsləhətçisi Rafiq Rzayev deyib.



O bildirib ki, tribunalarda yaxşı yerlərə bahalı biletlər hələ satışdadır: “Kassalarda bilet hələ var. Ancaq sizə deyim ki, onların böyük əksəriyyəti, əsasən, ucuz biletlər artıq satılıb”.

R.Rzayevin sözlərinə görə, gimnastika və döyüş idman növləri üzrə yarışlara xüsusi maraq var.

O, müsahibəsində etiraf edib ki, Soçidə keçirilən MDB Bədən tərbiyəsi və İdman Şurasının iclasının bir neçə iştirakçısı ondan “əlavə bilet”in olub-olmadığını soruşub: “Onlara dedim ki, bilet var, ancaq bahalıdır”.

R.Rzayev qeyd edib ki, I Avropa Oyunlarının bütün idman obyektləri yarışların keçirilməsinə tam hazırdır: “Avropa Oyunlarının iştirakçılarının yerləşdiriləcəyi kənd də qonaqları qarşılamağa hazırdır. Kənd 8-13 mərtəbəli 18 binadan ibarətdir. Elə oradaca, yaxınlıqda jurnalistlər üçün 4 bina təchiz edilib. 100-dən çox ölkə Oyunları yayımlayacaq, 1000-dən çox mətbuat nümayəndəsi bu sahədə işləyəcək”.
Diaspora