Qrats Universitetinin professoru: Avropa Oyunları Azərbaycanın hərtərəfli inkişafı üçün yaxşı imkandır

Qrats Universitetinin professoru: Avropa Oyunları Azərbaycanın hərtərəfli inkişafı üçün yaxşı imkandır backend

“Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etməklə dünya idman tarixində öz layiqli yerini tutacaq”. Bu barədə QAZİLER.AZ saytı Trend-ə istinadən xəbər verir ki, Avstriyanın Qrats Universitetinin professoru Basilius Qroen deyib.


O, qeyd edib ki, Avropa Oyunları kimi böyük yarışlar hər bir ölkənin idmanla yanaşı, bir çox sahələrdə də inkişafına şərait yaradır: “Bu baxımdan Avropa Oyunları Azərbaycanın hərtərəfli inkişafı üçün yaxşı imkandır. Hesab edirəm ki, 6 min idmançının iştirak edəcəyi və bütün dünyada yayımlanacaq bu Oyunlar Azərbaycana böyük fayda gətirəcək. Dünyada on milyonlarla insan Azərbaycan haqqında, onun tarixi, mədəniyyəti, iqtisadi inkişafı barədə geniş bilik əldə edəcək”.

B.Qroen vurğulayıb ki, əlbəttə, bütün bu amillər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və iqtisadiyyatının, xüsusən də turizm sektorunun inkişafına şərait yaradacaq: “Bu inkişaf təkcə Oyunlar keçirilən müddətdə deyil, daha sonrakı dövrdə də davam edəcək”.

O, əlavə edib ki, Azərbaycan bu Oyunlara ev sahibliyi etməklə Avropada idmanın inkişafına da mühüm töhfə verəcək.
Diaspora