Rəsulzadə və Nuru Paşanın rəsmləri olan avro çap olundu - FOTO

Rəsulzadə və Nuru Paşanın rəsmləri olan avro çap olundu - FOTO backend

Üzərində Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə və Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın rəsmləri olan xatirə pul nişanı (0 avro) çap olunub.

Modern.az xəbər verir ki, bununla bağlı deputat Fazil Mustafa sosial şəbəkədə paylaşım edib.

Qeyd olunub ki, xatirə pulu tədavüldə olan gerçək avronun çap olunduğu Fransanın Obertur mətbəəsində çapdan çıxıb.

Bildirilir ki, bu işin memarı Türkiyəli iş adamı Özgür Honçadır.