"Arzu edirəm ki, müqəddəs Ramazan ayında edilən dualar idmançılarımızın uğuru üçün də olsun". QAZILER.AZ saytı Trend-ə istinadən xəbər verir ki, bunu Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) korporativ direktoru Elçin Səfərov bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Surasının Ramazan ayının başlaması ilə bağlı keçirilən birgə iclasında bildirib.
O, QMİ sədri Allahşükür Paşazadəyə Avropa Oyunlarına və idmançılarımıza verdiyi xeyir-duaya görə təşəkkürünü bildirib.E.Səfərov qeyd edib ki, hazırda 93 media qurumu Avropa Oyunlarının yayılması üçün icazə istəyiblər. BEGOC-da isə 1500 işçi çalışır: "Bu beynəlxalq kollektivdir. Onların 70 faizi azərbaycanlı, 548 nəfəri əcnəbidir. Bundan əlavə, 12 minə yaxın könüllü var. Onlar bu Oyunlarda gözəl təcrübə toplayırlar. İki ildən sonra Bakıda 54 ölkənin iştirakı ilə İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu tədbriə daha hazırlıqlı olacağıq".
Korporativ direktorun sözlərinə görə, Oyunlara 6200-dən artıq idmançı, onları təqib edən texniki heyət, ümumiyyətlə, 22 mindən çox rəsmi və qeyri-rəsmi qonağın gəlməsi gözlənilir. Bura turistlər daxil deyil: "Bakı hələ indiyədək belə bir qiyafədə olmayıb. Bakı özünü ən yaxşı tərəfdən göstərmək üçün böyük şans qazanıb".