Keçmiş Baş nazir Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) prorektoru təyin olunub.
Bu barədə APA-ya universitetin mətbuat katibi Ağa Cəfərli məlumat verib. Onun sözlərinə görə, Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib. Sabah Novruz Məmmədov kollektivə təqdim olunacaq.Novruz Məmmədov yeni vəzifəyə təyin olunub

