Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rasim Novruzov vəzifəsindən azad olunub.
Bu barədə Axar.az-a İcra Hakimiyyətindən məlumat verilib.Məlumata görə, icra başçısının 1-ci müavini Rasim Novruzov öz xahişi ilə vəzifəsindən azad edilib.
R.Novruzovun ərizəsi qəbul edilib. Məlumata görə, R.Novruzov səhhəti ilə bağlı vəzifəsindən azad olunmasını xahiş edib.
O həmçinin Rayon Fövqəladə Hallar Komissiyasının sədri idi.
Hazırda onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, bir müddət əvvəl icra başçısının digər müavini İqbal Mikayılov da istefa verib.