Bakıda "Hökməli Qoç"un adamları tərəfindən döyülən Qarabağ qaziləri Əmlak Məsələləri Dövlət Komitəsinin qarşısına toplaşaraq öz etirazlarını bildiriblər
Qaziler.az bildirir ki, daş karxanasında "Hökməli Qoç"un adamları Qarabağ əlillərini döydürmüşdü.Bütün sənədlərinin qaydasında olduğu halda daş karxanalarının əllərindən alınmasına cəhdə etiraz edən Qarabağ əlilləri Əmlak Məsələləri Dövlət Komitəsinin qarşısında toplaşaraq buna öz narazılıqlarını bildiriblər.
Noyabrın 14-də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bir qrup Qarabağ əlilini qəbul edərək problemin həll edilməsi üçün öz köməyini göstərib.
Qaziler.az bununla bağlı videonu təqdim edir: