"I Avropa Oyunlarının həm açılış, həm də bağlanış mərasimlərində iştirak etməyi planlaşdırıram. Çünki bu Azərbaycanın idman tarixində unudulmaz hadisədir. Ona görə də bu şansı qaçırmaq istəmirəm". QAZİLER.AZ saytının Trend-ə istinadən verdiyi məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.
Nazirin sözlərinə görə, həftə sonları imkan olduqca stadiondan yarışları canlı olaraq izləməyə qatılacaq. Nazir deyib ki, Çimərlikdə futbol, voleybol, basketbol kimi daha çox komanda növlərinə aid olan yarışlar onun üçün daha maraqlıdır: "Tribunalarda görüşənədək".Mikayıl Cabbarov I Avropa Oyunları ilə bağlı planlarını açıqladı

