Hadı Rəcəbli təkzib edir: "Vallah, billah, elə söz deməmişəm!"

Hadı  Rəcəbli təkzib edir: "Vallah, billah, elə söz deməmişəm!" backend

QAZİLER.AZ saytı xəbər verir ki, Milli Məclisin Sosial Siyasət komissiyasının sədri Hadı Rəcəblinin adından sosiall şəbəkələrdə: "Postda dayanan əsgər ölməlidir də, bunu niyə şişirdirsiniz?" fikri yayılıb.

Hadi Rəcəbli bunu qətiyyətlə təkzib edir.

Bununla bağlı komissiya sədri saytımıza bildirib ki, o, ümumiyyətlə belə bir fikir səsləndirməyib: "Vallah-billah, əsgər ölümü ilə bağlı elə bir söz deməmişəm! Bunu kimlərsə mənim adımdan qəsdən yayırlar. Məqsədli şəkildə mənə qarşı şantaj kampaniyası aparılır".


Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu məsələylə bağlı saytımıza bunları bildirdi:

“Belə bir hal Qarabağ əlilləri ilə bağlı bir neçə il əvvəl də olmuşdu. O zaman Baş qazimiz Ehtimat Əsədov və digər QHT rəhbərlərinin görüşündə Hadı Rəcəbli səs yazısını qoydu ortaya. Dinləyəndə bəlli oldu ki, deputat elə kəlmə işlətməyib. Özünün də dediyi kimi, Hadı Rəcəbliyə qarşı bu planlı şəkildə aparılır. Ümumiyyətlə, bir neçədə dəfə belə hal olub, araşdıranda bəlli olub ki, o belə söz deməyib.”