Bakıda restoranların birində övladına ad günü keçirən ana hesabı vermək istəyəndə, ondan pul götürməyiblər.
Xəzər Xəbər-in məlumatına görə, aprel şəhidi Seymur Baxışovun həyat yoldaşı Aynur Baxışova övladı Aminin 8 yaşını qeyd etmək üçün restoran danışıb. Qiymət razılaşıb vəad günü mərasimi baş tutub. Ödəniş etmək istədikdə isə "bu bizim borcumuzdur, sizin övladınızın şad gününü təşkil etmək bizim üçün fəxrdir " cavabını alıb.Restoran sahibi müştərisinin şəhid ailəsi olduğunu biləndə hesabı götürməkdən imtina edib.