Füzuli rayonunda müşahidə olunan güclü külək yaşayış evlərinə ciddi zərər vurub. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, külək əsasən "Qayıdış-4" məcburi köçkün qəsəbəsində fəsadlar törədib.
Qasırğa məcburi köçkünlərə məxsus yaşayış evlərinin damını yararsız hala salmaqla yanaşı, elektrik dirəklərini aşırıb, naqillərini zədələyib, çoxlu ağacı kökündən çıxarıb.Qəsəbəyə elektrik enerjisinin, mavi yanacağın və içməli suyun verilməsində fasilə yaranıb. Rayon Fövqəladə Hallar Komissiyası dəymiş zərərin araşdırılması və aradan qaldırılması üçün tədbirlər həyata keçirir.