Bakı-Şamaxı yolunda mikroavtobus aşıb, 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Bakı-Şamaxı yolunda mikroavtobus aşıb, 2 nəfər ölüb, 3 nəfər yaralanıb backend

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qobustan rayonu ərazisində "Mercedes" markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və 1968-ci il təvəllüdlü Papahov Paşa Şahmar oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

aat 09.18

Bu gün Bakı-Şamaxı yolunun 90-cı kilometrində “Mercedes-Vita” markalı mikroavtobus dairəvi yol ayrıcına çırpılıb və aşıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.