Oktay Gülalıyev Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb

Oktay Gülalıyev Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb backend

Hüquq müdafiəçisi Oktay Gülalıyevin ailə üzvləri onun Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülməsini xahiş ediblər.

Bu barədə Qaziler.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, City Hospitalda cərrahi əməliyyatı icra edənlər Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri olduğundan ailə üzvləri O.Gülalıyevin onların nəzarəti altında qalmasını istəyiblər.

"Bu səbəbdən saat 14.35-də Oktay Gülalıyev City Hospitaldan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Hazırda xəstənin vəziyyəti ağır stabil olaraq qalır".