Bu gün saat 10:00-dan Samux rayonunun 2 yaşayış məntəqəsinin təbii qazla təchizatı məhdudlaşdırılıb.
Bu barədə Qaziler.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.Məlumata görə, fasiləyə səbəb rayonun ərazisində yerləşən “Alabaşlı” ölçü qovşağının çıxışında quraşdırılmış kollektorda aşkar olunmuş qaz sızmalarının ləğvi işləridir.