“Şəhidlərimiz haqda adi adamlar kimi “öldü”, “vəfat etdi” yazmaq - hörmətsizlikdir...”

“Şəhidlərimiz haqda adi adamlar kimi “öldü”,   “vəfat etdi”  yazmaq - hörmətsizlikdir...” backend

“Bəzən bir redaktora zəng edirsən ki, niyə belə yazmısız, cavab verir ki, nə fərqi var ki...”

“ŞƏHİDLƏRİMİZ haqda adi insanlar kimi “öldü”, “vəfat etdi”, “həlak oldu” demək, yazmaq müqəddəs ruh sahiblərinə qarşı hörmətsizlikdir...”

Bu fikri Moderator.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, tanınmış şərqşünas Seyid Camal Əzimbəyli söyləyib.

“Bu gün, təəssüf ki, bəzi media mənsubları yalnız “sensasion xəbər” yaymaq, çox sayda oxucu toplamaq niyyəti güdməklə insanlıq, vətənpərvərlik kimi hisslərdən uzaq olurlar. Bəzən bir jurnalistə, redaktora zəng edirsən ki, niyə şəhid haqqında “vəfat etdi”, “öldü” ifadəsini yazmısız, zəhmət olmasa, onu dəyişin, cavab verirlər ki, nə fərqi var ki.... Amma vətən qeyrəti, namusu olan şəxs hər bir məqamda öncə Vətəni uğrunda şəhid olmuş oğul-qızlara diqqət etməlidir. Və əslində Vətən, torpaq, Qarabağ uğrunda şəhid olmuş soydaşlarımız, dindaşlarımız barəsində “şəhadətə qovuşdu”, “şəhid oldu” kimi ifadələrin işlədilməsi - haqq olandır!” –deyə ilahiyyatçı vurğulayıb.