“Qırmızı siyahı”dakı iki PKK lideri “nöqtə zərbəsi” ilə məhv edildi

“Qırmızı siyahı”dakı iki PKK lideri “nöqtə zərbəsi” ilə məhv edildi backend

Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiya şəkildə İraqın şimalında yerləşən Qare rayonunda apardığı əməliyyat nəticəsində PKK idarəçiliyində vəzifə tutan “Gülçiya” kos adlı Sərvət Aydın və “Tekoşin Batman” kod adlı Söyləməz Yaşar zərərsizləşdirilib.

Avropa.info xəbər verir ki, terrorçular MKT-nın TSQ ilə paylaşdığı kəşfiyyat məlumatları əsasında havaya qalxan F-16 təyyarələrinin “nöqtə zərbəsi” ilə məhv edilib.

Əməliyyatda zərərsizləşdirilən “YJA-STAR” hərbi şura və PKK/PAJK şura üzvü Sərvət Aydının qırmızı kateqoriyada axtarışa verildiyi, 2000-ci illərdə Diyarbəkirdə fəaliyyət göstərdiyi və Diyarbəkir şəhər mərkəzi ilə ətrafında həyata keçirilən bir çox terror aktının təşkilatçısı olduğu müəyyən edilib.

Eyni əməliyyatda zərərsizləşdirilən Söyləməz Yaşar da qırmızı kateqoriyada axtarılanlar siyahısında idi. Keçmişdə Qare üzrə YJA-STAR nümayəndəsi kimi fəaliyyət göstərdiyi bildirilən Yaşarın terror təşkilatının İraq Qare idarəetmə şurasının üzvü olduğu deyilir.