Oktyabrın əvvəlində Nizami rayonunda elektrik cərəyanı vuran 9 yaşlı Zəhranın həyatını xilas edən polis əməkdaşı hadisəni danışıb
Qaziler.az bildirir ki, hadisə paytaxtın Nizami rayonu, Babək prospektində 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş vermişdi. Belə ki, 2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızı açıq qapıdan məntəqənin içərisinə daxil olaraq gərginliyə toxunmuşdu.Yaralı 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdi.
9 yaşlı Zəhranı transformatorun içərisindən xilas edən, həmin vaxt xidmət yerində olan Nizami rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Zöhrab Nəzərov baş verən hadisə haqqında danışıb.
Qaziler.az videonu təqdim edir: