Sabah Baş qazi Ehtimat Əsədovun ölümündən bir il ötür.
Qaziler.az bildirir ki, bu münasibətlə oktyabrın 15-də Qarabağ qaziləri, Ehtimat Əsədovun ailə üzvləri, yaxınları, silahdaşları onun Fatmayi qəbirstanlığındakı məzarını ziyarət ediblər. Məzarı önünə gül dəstəsi qoyulub, ruhuna dualar oxunub. Döyüşçü yoldaşları, yaxınları Ehtimat Əsədovun məzarı başında onun haqqında xatirələrini danışdılar, Azərbaycanda Qarabağ əlilləri üçün gördüyü işlərdən söz açdılar.Sabah Yeni Günəşlidə, laçınlıların "xeyir-şər evi"ndə Baş qazi Ehtimat Əsədovun il mərasimi keçiriləcək. Qadınlar və kişilərin məclisi eyni vaxtda, saat 11-də olacaq.

