Aprel döyüşlərinin qazisi Səxavət Salmanov ata olub.
Azvision.az -ın məlumatına görə, ötən gün onun oğul övladı dünyaya gəlib.Qeyd edək ki, S.Salmanov 2010-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2016-cı ilin aprel döyüşlərində ağır yaralanıb və müalicə aldıqdan sonra ordu sıralarından tərxis olunub.

