Prezident İlham Əliyev ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini qəbul edib. QAZİLER.AZ-ın AzərTac-a istinadən məlumatına görə, Prezident İlham Əliyev iyunun 3-də ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
İlham Əliyev Aleksis Şahtaxtinskinin Azərbaycan-ATƏT əməkdaşlığının inkişafına verdiyi töhfəni yüksək qiymətləndirərək ötən dövr ərzində həyata keçirilən layihələrin yaxşı nəticələr verdiyini vurğulayaraq ona gələcək fəaliyyətində uğurlar arzulayıb.ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski fəaliyyəti dövründə təmsil etdiyi qurum ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı və eləcə də ölkəmizin rifahı naminə səylərini əsirgəmədiyini vurğulayıb.