Bu il may ayının 1-dən indiyədək Azərbaycanda 19 nəfəri ilan sancıb. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov APA-ya bildirib ki, 16 hadisə ötən ay, 3 hadisə isə bu ay qeydə alınıb. Zərərçəkənlərdən 15-i xəstəxanaya yerləşdirilib, onlardan da 2-si azyaşlıdır.
İlan sancma nəticəsində ölüm halı qeydə alınmayıb. Onların böyük əksəriyyətinə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanada 3 nəfər müalicəsini davam etdirir.İlan sancma halları Şamaxı, Qəbələ, İsmayıllı və Bakıətrafı qəsəbələrdə-Zirə, Qaradağ və digər ərazilərdə baş verib. Azər Maqsudov qeyd edib ki, bu günə kimi əqrəb sancması ilə bağlı 1 müraciət daxil olub. Qaraqurd sancması faktı isə qeydə alınmayıb.