Bu gün ikinci qrup Qarabağ qazisi Cəfərov Əhəd Tapdıq oğlu vəfat edib.
QAZİLER.AZ saytına bu barədə “Qarabağ qazilər” birliyinin Ağdam filialının sədri Şamil Əbilov məlumat verib. Yaxınlarının bildirdiyinə görə, mərhum ürək tutmasından vəfat edib.Ə.Cəfərov 1970-ci il noyabrın 23-də Ağdam rayonun Kəngərli kəndində anadan olub. 1992-93-cü illərdə Qarabağda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib.
O, bu gün Ağdam rayonunun Quzanlı qəsəbəsində dəfn edilib. Dəfn mərasimində Ağdam rayon icra hakimiyyətinin, "Qarabağ qaziləri" ictimai birliyinin Ağdam filialının rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Allah rəhmət eləsin!
_1570559760.jpg)