Ayaz Mütəllibov nə qədər pensiya alır? - Eks-prezident: “Allah mənim vəziyyətimə heç kəsi salmasın”

Ayaz Mütəllibov nə qədər pensiya alır? - Eks-prezident: “Allah mənim vəziyyətimə heç kəsi salmasın” backend

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Speys TV-nin efirində yayımlanan “Sadə həqiqətlər” verilişində nə qədər pensiya alması ilə bağlı sualı cavablandırıb.

Modern.az xəbər verir ki, o, 10 min manat təqaüd aldığını bildirib:

“Mənim ailəm qürbətdə olmazın əziyyətlər çəkib. Məni Moskvada azərbaycanlılar əlimdə çanta çörək dalınca getdiyimi görəndə, Ayaz müəllim bu sizsiniz?- deyə təəccüblənirdilər. Deyirdim mənəm. Əvəz-əvəz olmamalı idi. Günahım varsa, onu mənim üzümə deyin, razılaşıb –razılaşmamaq mənim işimdir. Sizin də işiniz ona qiymət verməkdir. Allah mənim vəziyyətimə heç kəsi salmasın”.