Sahil Babayevin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Sahil Babayevin vətəndaş qəbulunun vaxtı dəyişdirilib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin Tərtər rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin bu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin oktyabr ayında Tərtər rayonunda keçirəcəyi qəbul günü dəyişib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Qaziler.az -a verilən məlumata görə, həmin rayonda Tərtər və Ağdam rayon sakinlərinin qəbulu oktyabrın 25-də keçiriləcək.