Tezliklə birləşib düşmənlərin bağrını partlatmasaq, ürəklərimiz beləcə bir-bir Qarabağsız partlayacaq...
Keçmiş 856 saylı Qubadlı alayının komandiri, Qarabağ qazisi Adil Həşimov bu gecə qəflətən dünyasını dəyişib.Bu haqda Moderator.az əməkdaşına danışan tanınmış Qarabağ qazisi Vaqif Əlisoy mərhum savaşçı barəsindəki ürək sözlərini çatdırıb:
“Uşaqlıq və gənclik dostum, 1988 - cı ildən arxada və ön cəbhədəki erməni-rus və ermənipərəst hakimiyyət hərislərinin birliyinə qarşı birgə döyüşdüyümüz , Azəraycan Millı Azadlıq hərəkatının fəalı, 856 saylı Qubadlı alayının komandiri ADİL HƏŞİMOV gecə gözlənilmədən dünyasını dəyişib. Dünən səhər mənə zəng edib yubileyimlə bağlı təbrik etmişdi. Qəbələdə olduğunu bildirmişdi. Bir az əvvəl isə bacısı oğlu Anar bu dəhşətli xəbəri verdi. Nə yerdəyəm , nə göydə!!! Nə yazım axı? Axı niyə belə oldu? Başın sağ olsun , VƏTƏN!!! Ruhun şad, məkanın cənnət olsun, əziz qardaşım!.. Sən Azərbaycan üçün, xalqın, dövlətin, Qarabağ üçün, doğma Qubadlının işğal olunmaması üçün əlindən gələni etdin... Fəqət, heyif ki, o yurdlarımızın azadlığını görməmiş, Qarabağsız getdin... Sən haqq dünyasına qovuşdun, haqqını bizlərə halal et, bizlər də haqqımızı halal edirik, əziz qardaş! Amma biz hələ də haqq və düşmənləri üz-üzə qalmaqdayıq... Uca Allah bu yolda bizlərə yardımçı olsun ki, belə bir-bir Qarabağsız dünyadan köçməyək... Və inşallah, Cənnətdə sənə Qarabağın azadlıq xəbərini çatdıraq...”
Allah rəhmət eləsin!
P.S. Həmişə deyirik: tezliklə birləşib düşmənlərin bağrını partlatmasaq, ürəklərimiz beləcə bir-bir Qarabağsız partlayacaq!..
Qeyd(tanımayanlar üçün): şəkildə rəhmətlik Adil Həşimov ortada, solda Vaqif Əlisoy, sağda Arif Paşa.
Sultan Laçın