Qazilər birliyindən SOCAR-la əlillər arasında baş verən hadisəyə MÜNASİBƏT

Qazilər birliyindən SOCAR-la əlillər arasında baş verən hadisəyə MÜNASİBƏT backend

SOCAR mühafizəçiləri ilə Qarabağ əlilləri arasında baş verən insidentdlə bağlı Qarabağ Qaziləri İctimai Birliyindən “Yeni Müsavat”a bildirilib ki, bu günlər ərzində sözügedən hadisə ilə bağlı onlara heç bir qazi təşkilata müraciət etməyib:

“Ümumilikdə, biz qazilərə qarşı şiddətə qarşıyıq. Yolverilməzdir ki, hansısa qazinin üzərinə hücum edilsin, ona qarşı kobud davranılsın. Ancaq konkret olaraq bu hadisə ilə bağlı bizə heç bir müraciət olmayıb. İnsidentdə iştirak edən şəxslər bizə bu barədə müraciət edib, məlumat vermədikləri üçün hadisənin detalları barədə bilgiyə sahib deyilik”.
Diaspora