BANM tələbələri I Avropa Oyunlarında könüllü olacaqlar

BANM tələbələri I Avropa Oyunlarında könüllü olacaqlar backend

Bakı Ali Neft Məktəbində (BANM) könüllülük fəaliyyəti ilə bağlı təlim keçirilib. BANM-nin Tələbələrlə iş şöbəsinini rəisi və Məktəbin Həmkarlar İttifaqının sədri Həbibə Sadıqlı çıxış edərək, tələbələrə könüllülük fəaliyyəti ilə bağlı danışıb, onlara bu istiqamətdə fəaliyyətlərində məsləhətlərini verib.

BANM-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Məktəbin Tələbə Həmkarlar İttifaqının sədri Rəvan Adilov tələbələrə Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən söz açıb. O, gənclər təşkilatları və onlarda könüllülük əsaslarla iştirak imkanları ilə bağlı məlumat verib və tələbələrin suallarını cavablandırıb.

Təlimdə “Bakı-2015” Birinci Avropa Oyunlarında könüllü kimi iştirak edəcək BANM tələbələri fəaliyyətləri barədə ətraflı məlumat veriblər.
Diaspora