Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ -a verilən məlumata görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) iyunun 10-13-də respublikanın 7 rayonunda əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti təşkil edəcək. ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası iyunun 10-da saat 9.00-dan 13.00-dək Ucar rayon mərkəzi xəstəxanasında və saat 14.00-dan 18.00-dək Ağdaş rayon mərkəzi xəstəxanasında, iyunun 11-də saat 9.00-dan 13.00-dək Bərdə rayon ƏSMM-nin və 14.00-dan 18.00-dək Tərtər rayon ƏSMM-nin inzibati binalarında olaraq, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada xidmət göstərəcək. Səyyar xidmət iyunun 12-də saat 9.00-dan 13.00-dək Ağdam rayon ƏSMM-nin inzibati binasında və 14.00-dan 18.00-dək Ağcabədi rayon mərkəzi xəstəxanasında, iyunun 13-də saat 10.00-dan 14.00-dək isə Zərdab rayon İH-nin qonaq evində davam etdiriləcək.
Həmin rayonlar üzrə əvvəlcədən qeydiyyata alınmış şəxslər ehtiyac duyduqları protez-ortopedik məmulatlar və müxtəlif reabilitasiya vasitələri (yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s.) ilə təmin olunacaqlar.7 rayonda səyyar protez-ortopedik bərpa xidməti təşkil olunacaq

